Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib
İdman 12 İyl 2018 10:13:00 96 0
Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub. Goal.az xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma keçirilib. Bu görüşlərdə yalnız "Qarabağ" səfərdən qələbə ilə ayrılmağı bacarıb.
Bu xəbəri də oxu: Portuqaliyadan İngiltərəyə
Azərbaycan təmsilçisinin sabiq yarımmüdafiəçisi və milli komandanın futbolçusu Riçard Almeydanın hazırkı klubu Qazaxıstan "Astana"sı Monteneqro "Sutyeska"sını evdə minimal hesabla yenib. Yeganə qolu penaltidən Roman Murtazayev vurub.
"Qarabağ"ın potensial rəqibləri də münasibətlərə aydınlıq gətirib. "Kukesi" (Albaniya) - "Valletta" (Malta) görüşündə hesab açılmayıb. Bu cütün qalibi növbəti mərhələdə "Qarabağ"a rəqib ola bilər. "Olimpiya" Bakıdan da məyus qayıtsa, Şimali İrlandiya "Kruzaders"i ilə qarşılaşacağı şübhəsizdir. Çünki britaniyalılar ilk görüşdə Bolqarıstan "Ludoqorets"inə 0:7 hesabı ilə uduzublar.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
11 iyul
18:00 "Astana" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) - 1:0
Qol: Roman Murtazayev, 29 (penalti ilə)
20:00 "Spartak" (Yurmala, Latviya) - "Srvena Zvezda" (Serbiya) - 0:0
20:00 "Spartak (Trnava, Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 1:0
Qol: Erik Yirka, 79
Qırmızı vərəqə: Frane Çiryak, 70 ("Zrinski")
20:00 "Suduva" (Litva) - APOEL (Kipr) - 3:1
Qollar: Ricino Sisiliya, 9; 13; 19 - Vanderson de Xesus Martis, 90+4
21:00 "Kukesi" (Albaniya) - "Valletta" (Malta) - 0:0
21:00 "Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Kruzaders" (Şimali İrlandiya) - 7:0
Qollar: Marselinyo, 25; 66. Rodni Braun, 40 (öz qapısına). Klaudiu Keşerü, 53. Yakub Şverçok, 73; 78; 80
22:00 "Olimpiya" (Lyublyana, Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN) - 0:1
Qol: Donald Gerrye, 79
Qırmızı vərəqə:
24:00. "Valür" (İslandiya) - "Rusenborq" (Norveç) - 1:0
Qol: Eydur Siqurbyörnsson, 84
İlk oyun günündə qeydə alınmış nəticələr:
19:30 "Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:4
Qollar: Rauno Sappinen, 73 (penalti ilə) - Ben Sahar, 18. Şir Tzedek, 36 (penalti ilə). Hanan Maman, 53. Hen Ezra, 85
19:30 "Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova) - 2:1
Qollar: Georgi Kimadze, 24. Georgi Kuxianidze, 64 (penalti ilə) - Zigi Badibanqa, 14
20:00 "Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya) - 0:3
Qollar: Odson Eduard, 45+2. Ceyms Forrest, 81. Kallum Makqreqor, 90
20:00 "Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan) - 1:1
Qollar: Brayan Melisse, 58 - Sabolç Husti, 42
22:00 "Vikinqur" (Farer adaları) - HİK (Helsinki, Finlandiya) - 1:2
Qollar: Qunnar Vatnhamar, 51 - Sebastian Dalström, 9. Atli Qregersen, 29 (öz qapısına)
22:15 "Şkendiya" (Makedoniya) - TNS (Uels) - 5:0
Qollar: İzair Emini, 14. Besart İbrahimi, 38; 53; 60; 66
22:45 "Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa) - 0:1
Qol: Mixal Kuxarçik, 79
22:45 "Drita" (Kosovo) - "Malmö" (İsveç) - 0:3
Qollar: Karlos Strandberq, 13. Arnor Traustason, 39. Markus Rozenberq, 82
Qeyd edək ki, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
Gəncə şəhərində baş verən hadisələr ilk növbədə terror aktıdır.

Ötən gün Rusiyada Dünya Çempionatı çərçivəsində Xorvatiya millisi İn

Bu barədə Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub

Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq.

"Bakıda 120 il ərzində ən isti gün müşahidə olunur" - bu son b

Gürcüstanın baş naziri Mamuka Baxtadze yeni hökumətin tərkibini açıqlay

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxıl

Qarabağ Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda

Kiyevdə xarici vətəndaşlar Azərbaycan ətrafında birləşdilər.
