Samsung soyuducuları – istənilən hava şəraitində “düzgün” soyutma


Digərləri 12 İyl 2018 10:00:00 279 0

Samsung soyuducuları – istənilən hava şəraitində “düzgün” soyutma

"Bakıda 120 il ərzində ən isti gün müşahidə olunur" - bu son bir həftənin ən çox istifadə olunan başlığıdır. Belə isti hava şəraitində parlaq günəş altında gün keçirdikdə adi sərin suyun dəyərini daha yaxşı anlayırıq. Bu səbəbdən bu hava anomaliyası zamanı ən çox istifadə etdiyimiz məişət texnikası məhz soyuducudur.

Əvvəllər soyuducunun qapısını tez-tez açdıqda onun işləmə gücü düşər, kamera daxilində hərarət isə yüksələrdi. İnvertor texnologiyaları ilə təchiz olunmuş Samsung soyuducuları əlavə yüklənmənin qarşısını alaraq elektrik enerjisinin sərfiyyatını azaldır və kamera daxilində lazım olan temperaturu qoruyub saxlamağa kömək edir. İşləmə kameralarında və məkan daxilində hərarətə nəzarət edən doqquz göstərici inventor mühərrikinin müntəzəm işləməsini və optimal rütubət dərəcəsini təmin edir. Rəqəmsal invertorlu kompressor kəskin yanıb-sönmələrin qarşısını alaraq, yüklənmə və elektrik enerjisi sərfiyyatını azaldır və işləmə kameraları daxilində temperaturu tənzimləyir.

Həmçinin, modellərdə həm buzluğu, həm də işləmə kamerasını ayrı ayrılıqda soyudan TwinCoolingPlus™  sistemi mövcuddur. O, daxili sahəni bir birindən ayrı soyudaraq, soyuducu kamerada yerləşən ərzaq qoxularının buzluğa yayılmasının qarşısını alır. Bu səbəbdən soyuq içkiləriniz hisdə qurudulmuş məmulatların və ya balığın dadını verməyəcəklər. Həmçinin, bu sistem sayəsində siz ərzaqlarınızın saxlanma rahatlığına sahib olacaqsınız. Belə ki, indi buzluğu asanlıqla soyuducu kamerayaya çevirə bilərsiniz. Bu da öz növbəsində isti hava şəraitində istənilən məhsulun təzə və faydalı qalmasını təmin etməyə şərait yaradır. TwinCoolingPlus™ sistemində soyuducunun daxilində rütubətin 70% dək təmin olunması imkanı onun əsas üstünlüklərindən sayılır, belə ki, köhnə soyuducularda bu göstəric cəmi 30% təşkil edirdi. Bu bacarığı sayəsində yeni Samsung soyuducuları ərzaqlarınızın istifadə müddətini uzadaraq, sizə daim təravətli meyvə və tərəvəzdən zövq almağa imkan yaradacaq.