Gürcüstanda üç nazir dəyişəcək


Dünya 12 İyl 2018 09:56:00 343 0

Gürcüstanda üç nazir dəyişəcək

Gürcüstanın baş naziri Mamuka Baxtadze yeni hökumətin tərkibini açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, yeni nazirlər kabinetində üç yeni nazir təmsil olunacaq.

Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Mixeil Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Kobulia, maliyyə naziri vəzifəsinə isə İvane Maçavarianinin namizədliyi təqdim olunub.

M. Batiaşvili Tbilisi Biznes və Texnologiyalar Universitetinin rektorudur. G. Kobulia Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub,  İ. Maçavariani isə "Geocell" şirkətinin kommersiya direktoru vəzifəsində çalışıb.