DİQQƏTLİ OLUN! Bu yollarda təhlükəsizlik sədləri təmir edilir


Digərləri 12 İyl 2018 09:42:00 210 0

DİQQƏTLİ OLUN! Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Bu yollarda təhlükəsizlik sədləri təmir edilir.

Bakı. Samir Əli - Bu yollarda təhlükəsizlik sədləri təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.