“Gəncə hadisəsinin kökündə nə dayanır, demək çətindir”


Digərləri 12 İyl 2018 09:33:00 108 0

“Gəncə hadisəsinin kökündə nə dayanır, demək çətindir”

Son.az qafqazinfo-ya istinadən vaxtilə Gəncə şəhərinin icra başçısı olan, hazırda Səbail rayonunun başçısı vəzifəsini icra edən Eldar Əzizovun "Yeni Müsavat"a verdiyi müsahibəni təqdim edir:

- Sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?

- Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən  həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə  dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır.  Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.

Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə "münasibətimi" bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər,  hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.

- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz...

- Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki,  bundan xəbəri olmayıb. "Azadlıq" qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər  cəfəngiyyatdan başqa bir şey deyil.

- Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?

- Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər. 

- Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?

- Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.

- Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?

- Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri  qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.

Azərbaycanda iyunda gündəlik neft hasilatı açıqlanıb like
  • 12 İyl 09:31  
Digərləri Azərbaycanda iyunda gündəlik neft hasilatı açıqlanıb

Azərbaycanda iyunda gündəlik neft hasilatı açıqlanıb.

arrow Ətraflı
İyulun 12-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 12 İyl 09:31  
Digərləri İyulun 12-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 12 iyul tarixindən etibarən valyuta məzənnələ

arrow Ətraflı
Türkiyə HHQ 17 terrorçunu zərərsizləşdirdi like
  • 12 İyl 09:30  
Dünya Türkiyə HHQ 17 terrorçunu zərərsizləşdirdi

Türkiyə Hərbi Hava Qüvvələri Osmaniyyə, Şırnak və Diyarbəkirdə PKK t

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 101 dəfə pozub like
  • 12 İyl 09:26  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 101 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Cəbhədə vəziyyət gərgin olaraq qalır like
  • 12 İyl 09:26  
Digərləri Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Ötən gün 12 cinayət “isti izlər”lə açılıb like
  • 12 İyl 09:25  
Digərləri Ötən gün 12 cinayət “isti izlər”lə açılıb

2018-ci il iyul ayının 11-dan 12-dək daxili işlər orqanlarında qeydə alı

arrow Ətraflı
Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır like
  • 12 İyl 09:18  
Dünya Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ və Rusiya prezidentlərinin g

arrow Ətraflı
Meksikanın dövlət başçısı təyyarəsini satmaq niyyətindədir like
  • 12 İyl 09:14  
Dünya Meksikanın dövlət başçısı təyyarəsini satmaq niyyətindədir

Meksika prezidenti Andres Manuel Lopes Obrador dekabr ayının 1-də vəzifəsin

arrow Ətraflı
Bakıda ağır qəza - Yük maşını ilə toqquşan avtobus aşdı like
  • 12 İyl 09:10  
Digərləri Bakıda ağır qəza - Yük maşını ilə toqquşan avtobus aşdı

Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda qəza like
  • 12 İyl 09:09  
Digərləri Bakıda qəza

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda sürücü orta yaşlı kişini vuraraq hadisə yerindən qaçdı like
  • 12 İyl 09:05  
Digərləri Bakıda sürücü orta yaşlı kişini vuraraq hadisə yerindən qaçdı

Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol qəzas

arrow Ətraflı
"Azərbaycanın polşalı turistlər üçün maraqlı istiqamətə çevrilməsi potensialı var" like
  • 12 İyl 09:00  
Digərləri "Azərbaycanın polşalı turistlər üçün maraqlı istiqamətə çevrilməsi potensialı var"

Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması məsələsi

arrow Ətraflı
“Twitter” iki ayda 70 milyon istifadəçini blokladı like
  • 12 İyl 08:59  
Digərləri “Twitter” iki ayda 70 milyon istifadəçini blokladı

"Twitter" sosial şəbəkəsi bu ilin mayından iyun ayına qədər ol

arrow Ətraflı
Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər like
  • 12 İyl 08:58  
Dünya Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər

Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişlə

arrow Ətraflı