Azərbaycanda iyunda gündəlik neft hasilatı açıqlanıb


Digərləri 12 İyl 2018 09:31:00 216 0

Azərbaycanda iyunda gündəlik neft hasilatı açıqlanıb

Azərbaycanda iyunda gündəlik neft hasilatı açıqlanıb.

Bakı. Azərbaycanın iyunda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barrel olub. Bunun 739 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik 622 min barrel xam neft, 53 min barrel kondensat, 12 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.