Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır


Dünya 12 İyl 2018 09:18:00 320 0

Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, Tereza Mey bu barədə Brüsseldə NATO ölkələri liderlərinin işgüzar nahar zamanı bildirib.

T.Mey qeyd edib ki, Rusiya-Britaniya münasibətlərində gərginliyin artmasına baxmayaraq Britaniyanın uzunmüddətli perspektivdə məqsədi Rusiya ilə konstruktiv münasibətlərin qurulmasıdır: "Buna görə mən prezident Tramp və prezident Putin arasında gözlənilərn görüşü alqışlayıram: ABŞ və Rusiya arasında kommunikasiya kanallarının yaradılması əsas məqamdır".