"Azərbaycanın polşalı turistlər üçün maraqlı istiqamətə çevrilməsi potensialı var"


Digərləri 12 İyl 2018 09:00:00 324 0

"Azərbaycanın polşalı turistlər üçün maraqlı istiqamətə çevrilməsi potensialı var"

Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması məsələsi daim diqqət mərkəzindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Polşanın xarici işlər naziri Yatsek Kşiştof Çaputoviç deyib.

O bildirib: "Azərbaycan və Polşa arasında birbaşa aviareyslərin açılması şübhəsiz ki, iki ölkə arasında turist axınını artırmağa kömək edəcək. Bu məsələ aidiyyəti idarə və bir neçə aviaşirkətin, o cümlədən milli aviadaşıyıcıların daim diqqət mərkəzindədir".

Polşalı turistlər Cənubi Qafqaz ölkələrinə daha da çox maraq göstərirdiklərini bildirən nazir əlavə edib ki, onların əksəriyyəti Gürcüstana gedir, bəziləri isə Azərbaycana üstünlük verir.