Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər


Dünya 12 İyl 2018 08:58:00 359 0

Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər

Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib.

Son.az "Report"a istinadən bildirir ki, müvafiq qanun "Qazaxıstan həqiqətləri" rəsmi qəzetində dərc olunub və qüvvəyə minib.

"Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə - Elbaşına (millətin lideri - Nazarbayevə) ömürlük məxsusdur", - deyə qanunda qeyd edilib.