YouTubeda yalan xəbərlərlə mübarizəyə milyonlar ayırdı


Digərləri 12 İyl 2018 08:41:00 246 0

YouTubeda yalan xəbərlərlə mübarizəyə milyonlar ayırdı

"YouTube" videohostinq şirkətinin rəhbərliyi yalan xəbərlərlə mübarizə üçün 25 milyon dolların ayrılması ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin bloqunda deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, fəaliyyətin həyata keçirilməsi üçün şirkət xəbərlərə aid videonun keyfiyyətinin artırılması üçün "Google News" xəbərlər aqreqatoru ilə səylərini birləşdirəcək. Bundan başqa, birgə fəaliyyətə "Vox Media", "Jovem Pan" və "India Today" kimi kütləvi informasiya vasitələrinin cəlb edilməsi planlaşdırılır.

Məlumata görə, qeyd olunan məbləğ "YouTube" və "Google News" üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün kontentin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər hazırlayacaq xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.