Yaponlar əl çala bilən robot yaratdı VİDEO


Digərləri 12 İyl 2018 08:45:00 342 0

Yaponlar əl çala bilən robot yaratdı  VİDEO

Yaponiyalı ixtiraçı Masato Takaxaşi öz sahibini dəstəkləməyi bacaran ilk robotun istehsalı üçün vəsait topladığını elan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, cihazı ticarət mərkəzlərində istifadə etmək və ya evdə qoymaq mümkündür.  

"Big Clapper" adlanan robot başdan və bir cüt əldən ibarətdir. Cihaz sensorlarla və müşahidə kameraları ilə təchiz edilib. Zahirən o, hər hansı Yaponiya cizgi filminin personajını xatırladır.

Robotun əsas işi öz sahibinə və ya yoldan keçənə xoşbəxtlik bəxş etməkdir. "Big Clapper" müxtəlif mövzularla bağlı danışa bilir, ünsiyyət saxlamağı bacarır və sahibini gümrahlaşdırmağı xoşlayır. O, həmçinin musiqi taktı ilə əl çalmağı bacarır.