Samsung Hindistanda smartfon istehsal edəcək


Digərləri 12 İyl 2018 08:31:00 235 0

Samsung Hindistanda smartfon istehsal edəcək

"Samsung" şirkəti Hindistanda smartfon istehsalı üzrə yeni zavod açıb. Açılış mərasimində Hindistanın baş naziri Narendra Mod və Cənubi Koreya Prezidenti Mun Çje İn iştirak edib.

Son.az ICTnews-a istinadən bildirir ki, zavod paytaxt Dehli yaxınlığında Noida şəhərində yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada smartfon istehsalı üzrə ən böyük müəssisədir. Burada ildə 120 milyon smartfonun buraxılışı nəzərdə tutulur. Zavodda qiyməti 100 dollaradək olan həm ucuz, həm də "Galaxy S" seriyalı qabaqcıl modellərin istehsalı planlaşdırılır.

Bildirilir ki, Hindistan smartfonların satışı üçün ən böyük bazardır. Əhalisinin sayı 1,3 milyard təşkil edən ölkədə smartfon istifadəçilərinin sayı 400 milyona yaxındır.