“Apple” “iPhone X” və “iPhone SE”dən imtina edə bilər


Digərləri 12 İyl 2018 08:35:00 254 0

“Apple” “iPhone X” və “iPhone SE”dən imtina edə bilər

"BlueFin Research" analitik şirkəti olduqca gözlənilməz və qəribə proqnozla çıxış edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər investorlar üçün qeyddə bildiriblər ki, "Apple" bu il "iPhone SE" və "iPhone X" smartfonlarının istehsalını dayandıra bilər.

"iPhone X" artıq cari ilin üçüncü rübündə istehsalını dayandırmalıdır. Həmçinin "iPhone SE" də mövcudluğunu dayandıracaq. "iPhone 8" smartfonu "Apple"in yekun portfoliosunda "əlçatan" modellərin əsas hissəsini tuta biləcək.