Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçıb


Digərləri 12 İyl 2018 08:28:00 283 0

Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçıb

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.