Yaponiyada elektrik aviasiyası inkişaf etdiriləcək


Digərləri 12 İyl 2018 08:11:00 289 0

Yaponiyada elektrik aviasiyası inkişaf etdiriləcək

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) əsas vəzifəsi ölkədə elektrik aviasiyasının inkişafı olacaq yerli şirkət və idarələrdən ibarət konsorsium yaradıb.

Son.az ICTnews-a istinadən bildirir ki, agentliyin məlumatına görə, konsorsium müxtəlif şirkətlərin elektriklə işləyən təyyarələrin yaradılması ilə bağlı təkliflərini qəbul edəcək, eləcə də perspektiv avianəqliyyatda istifadə olunacaq yeni texnologiyalar hazırlayaraq sınaqdan keçirəcək. Konsorsiumun fəaliyyəti üzrə ilk nəticələrin dekabrda təqdim ediləcəyi gözlənilir.

"ECLAIR" adlanan konsorsiumun tərkibinə "IHI Corporation", "Kawasaki Heavy Industries", "Subaru", "Hitachi", "Mitsubishi Heavy Industries Aero Engines" və "Mitsubishi Electric Corporation" şirkətləri, eləcə də İqtisadiyyat, Nəqliyyat və Sənaye Nazirliyi daxildir. Konsorsium nazirliklə birlikdə elektrik uçan aparatların sertifikasiyası və istismarı üzrə qaydaların hazırlanması ilə məşğul olacaq. Konsorsiumun fəaliyyəti Yaponiyanın regional avidaşıyıcılarının elektrik təyyarələrdən istifadəyə keçidinin sürətləndirilməsinə xidmət edəcək.