“Play Market”də son 10 ilin yeniliyi


Digərləri 12 İyl 2018 08:15:00 298 0

“Play Market”də son 10 ilin yeniliyi

"Google" korporasiyası "Play Market" tətbiqlər mağazasına son 10 ildə  ən əsas yeniliyini inteqrasiya edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, müxtəlif məsləhətlər üçün süni intellektdir.

Mütəxəssislər bildiriblər ki, yenilənmə nəticəsində "Google Play" istifadəçiləri proqram və oyun təkliflərini onların yerləşməsi, maraq və digər faktorlar nəzərə almaqla görə biləcəklər.

Bundan başqa, korporasiyadan qeyd ediblər ki, gələcəkdə sistemə mağazanın digər istiqamətlərini də tətbiq etməyi planlaşdırırlar.