Tramp NATOdan müdafiə xərclərinin artırılmasını tələb edib


Dünya 12 İyl 2018 08:18:00 245 0

Tramp NATOdan müdafiə xərclərinin artırılmasını tələb edib

ABŞ prezidenti Donald Tramp NATO-ya üzv ölkələrdən müdafiə xərclərinin artırılmasını tələb edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti öz Twitter səhifəsində yazıb.

D.Tramp bildirib: "Əgər Almaniya Rusiyaya qaz və enerji daşıyıcılarına görə milyardlarla dollar ödədiyi halda NATO-da nə yaxşı şey var? Niyə 29 ölkədən yalnız 5-i öz öhdəliklərini yerinə yetirir? ABŞ Avropanın müdafiəsi üçün pul ödəyir və sonra ticarətdə milyardlar itirir. Onlar ÜDM-dan 2 faizi 2025 il üçün yox, dərhal ödəməlidirlər".