Süni intellekt yaradan proqrapm hazırlanıb


Digərləri 12 İyl 2018 07:41:00 248 0

Süni intellekt yaradan proqrapm hazırlanıb

Fransanın "Atos" informasiya texnologiyaları şirkəti süni intellekt elementli korporativ əlavələrin yaradılması üçün nəzərdə tutulan "Codex AI Suite" proqram kompleksini nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Codex AI Suite" şirkət və tədqiqat institutlarına süni intellekt əlavələrini hazırlamağa, tətbiq etməyə və idarə etməyə kömək edir. Onun köməyi ilə informasiya emalı və analizi üzrə mütəxəssislər emal edilməmiş məlumatlardan xeyir götürərək biznesin yeni inkişaf yollarını aça biləcəklər.

Məlumata görə, "Codex AI Suite" vasitəsilə yaradılan proqramlar "Amazon Web Services", "Azure", "Google Cloud" ictimai "bulud" servislərində, eləcə də "Atos BullSequana S" daxil olmaqla lokal mühitdə quraşdırıla bilər.