Yeni “Huawei” planşetləri buraxılıb


Digərləri 12 İyl 2018 07:22:00 291 0

Yeni “Huawei” planşetləri buraxılıb

"Huawei" şirkəti İtaliyada "MediaPad M5 Lite 10" və "MediaPad T5 10" adlı iki yeni "Android" planşet modelini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, planşetlər eyni dizayna malikdir. "MediaPad M5 Lite 10" modeli "Full HD+" (1920×1200 piksel) təsvir ölçülü 10,1 düym diaqonallı "IPS" ekran, "Mali T830 MP2" qrafik sürətləndiricisinə malik "HiSilicon Kirin 659" prosessor, 8 meqapikselli əsas və ön kamera, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş və 7500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

"MediaPad T5 10" modeli "Full HD+" (1920×1200 piksel) təsvir ölçülü 10,1 düym diaqonallı "IPS" ekran və "HiSilicon Kirin 659" prosessoru ilə təchiz olunsa da, əvvəlki "MediaPad" planşetindən fərqli olaraq burada 2 və ya 3 giqabaytlıq operativ yaddaş və 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, 5 meqapikselli əsas kamera və 2 meqapikselli ön kamera, eləcə də 5100 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.   Planşetlər "EMUI 8.0" interfeysli "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.