“Ağıllı” sarğı sağalma prosesini izləyəcək


Digərləri 12 İyl 2018 07:11:00 265 0

“Ağıllı” sarğı sağalma prosesini izləyəcək

ABŞ-ın Tafts Universitetinin mühəndisləri yaraların sağalma prosesini izləyən quraşdırılmış ötürücülərə malik yeni "ağıllı" sarğı yaradıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, artıq laboratoriya sınaqları keçirilən sarğı-plastır hətta mürəkkəb yaraların öhdəsindən gələ bilir. Quraşdırılmış ötürücülər infeksiya və ya iltihabın mövcudluğunu göstərən "pH" səviyyəsini və bədən temperaturunu izləyir.

Bildirilir ki, yanıqlar və müxtəlif xəstəliklər dərinin bərpaedici qabiliyyətini poza bilər, lakin "ağıllı" plastır hətta pis bitişən yaraları effektiv şəkildə sağaldaraq xəstə və ya həkimlər tərəfindən müdaxiləni minimuma endirir. Texnologiya dərinin təbii bitişməsinə imkan yaradır. Mikroprosessor ötürücü məlumatlarını oxuyur və istifadəçinin istəyinə uyğun olaraq antibiotik dozaları dərinin altına yeridir. Bütün konstruksiya şəffaf tibbi plyonkaya bərkidilib və 3 millimetrə yaxın qalınlıqda elastik sarğını formalaşdırır.