Gəncədə polisləri öldürənlər kimlərdir? VİDEO


Digərləri 12 İyl 2018 00:02:00 379 0

Gəncədə polisləri öldürənlər kimlərdir?  VİDEO

Gəncədə polisləri öldürənlər kimlərdir? Son.az bildirir ki, qanlı cinayəti törətməkdə şübhəli bilinən və axtarışda olan 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovun sosial şəbəkədəki paylaşımlarında radikal dindar olduğu açıq-aşkar hiss olunur. O, müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib. Hətta paylaşımlarında dini təbliğata yönəlik videolara üstünlük verib. Cinayətkar demək olar, hər gün sosial şəbəkədə eyni məzmunlu radikal paylaşımlar edib.

Fərrux Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir.

Fərruxun paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar da var.

Gəncə hadisələrini törətməzdən öncə Fərrux Kərbalanı ziyarət edib. Bir sözlə, Fərrux Qasımovun facebook sosial şəbəkəsindəki aktivliyi radikal dini fəaliyyət istiqamətində olub. Onun paylaşımlarının hər kəsə açıq olması da onun fəaliyyətinin nəyə xidmət etdiyini bir daha göstərir.