Dubay çimərliklərində qadın xilasedicilər çalışacaq


Digərləri 12 İyl 2018 00:07:00 433 0

Dubay çimərliklərində qadın xilasedicilər çalışacaq

Dubayın ictimai çimərliklərində tamamilə qadınlardan ibarət xilasedicilər qrupu fəaliyyət göstərəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda bu sahədə 12 qadın təlim keçir, lakin Dubay polisi bu ilin sonunadək onların sayının 16-ya çatdırılmasını planlaşdırır.

Qeyd olunur ki, əmirliyin yeddi ictimai çimərliyində 100 peşəkar xilasedici çalışır və ilkin yardım edilməsi üçün 30 stansiya fəaliyyət göstərir.