Günün qoroskopu: bələd olmadığınız məsələlərlə bağlı danışmayın


Digərləri 12 İyl 2018 00:01:00 489 0

Günün qoroskopu: bələd olmadığınız məsələlərlə bağlı danışmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - sizi maraqlandıran sahədə irəliləyişə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda "qlobal hədəf"lərə də aludə olmayın.

Genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.

Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.

Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.

Səhhətinizin qeydinə qalın.

Əkizlər - mənasız illüziyalar və səbəbsiz nikbinlikdən uzaq olun. Situasiyanı olduğu kimi qəbul etsəniz, seçim asanlaşacaq. Məqsədə çatmaq üçün inadla çalışın.

Əhvalınızın dəyişməsi istisna deyil. İstəklərinizdəki qeyri-müəyyənlik əməllərinizə fəsadlı təsir etməməlidir.

Günün ikinci yarısında yanlış yolu seçməyin. Diqqətli olun. Yeni layihənin müsbət və mənfi tərəflərini diqqətlə hesablayın. Maddi rifah səviyyənizi yüksəltmək üçün zəruri addımlar atın.

Axşam saatlarını evdə keçirin.

Xərçəng - çoxdan bəri məşğul olduğunuz işin bəhrəsini görəcəksiniz. Əhvalınız pis olmayacaq. Dayanıqlı hisslərə can atırsınızsa, emosional olmayın. Hisslərinizə nəzarət edin.

Günün ikinci yarısında yeni əlaqələrin yaradılması və təmasların qurulması xeyli vaxtınızı alacaq. Buna rəğmən istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Axşam saatlarında ifrat yorğunluq və ya orqanizminizdə qəfil ağrının yaranması istisna deyil.

Problem varsa, mütləq həkimə baş çəkin.

Şir - mövcud durumdakı prioritetləri dürüst müəyyənləşdirin. Tələbat və zərurət ierarxiyasını normal bəlirləsəniz, seçdiyiniz istiqamətdəki addımlarınız uğurlu olacaq. Yanlış yönlərə sapmayın.

Günün ikinci yarısında maliyyə, nəqliyyat və informasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olun. Laqeyd, hadisələrdən təcrid olunmuş insan təsiri bağışlamayın. Alış-verişdə pul xərcləyərkən maliyyə vəsaitinizin qədrini bilin. Əks təqdirdə əsla ehtiyac duymadığınız əşyaları satın ala bilərsiniz.

Dəyər verdiyiniz insanı xoş sözlərlə sevindirin.

Qız - istirahət və əyləncə planlarını təxirə salın. Qarşıda həllini gözləyən problemlər var. Mühüm sənədləri qaydaya salın. Zəruri danışıqları ertələməyin. Biznes tərəfdaşları ilə ünsiyyətlər pis alınmayacaq.