Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı


Digərləri 11 İyl 2018 23:56:00 457 0

Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı

Oreqon Elm və Səhiyyə İnstitutundan bir qrup alim xərçəng xəstəliyinin ən geniş yayılan 4 növünün qarşısını ala biləcək dərman tərkibi hazırladıqlarını iddia edirlər.

Son.az xəbər verir ki, dərmanın tərkibi hələlik gizli saxlanılsa da, adı "KBU2046" kimi açıqlanıb.

İlkin mərhələdə bu məhlul döş, prostat, qalın bağırsaq və ağciyər xərçənginin sürətli inkişafının qarşısını alır. Məhlul ilk dəfə siçanlar üzərində sınaqdan keçirilib. Hər xəstəliyin tək-tək daşıyısıcı olan siçanlarla yanaşı, 4 növ xərçəng xəstəliyinin daşıyıcısı olan siçanlar üzərində test edilib."KBU2046" adlı məhlulun metastatik xərçəngin yayılmasının qarşısını ala biləcək keyfiyyətlərə sahib olduğu da bildirilib.

Alimlər dərmanın rəsmi satışa çıxarılmazdan əvvəl daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyirlər: