Yaponiyada əhalinin sayı doqquz ildir ki, azalmaqda davam edir


Dünya 11 İyl 2018 23:42:00 282 0

Yaponiyada əhalinin sayı doqquz ildir ki, azalmaqda davam edir

Yaponiyada əhalinin ümumi sayı doqquz ildir ki, azalmaqda davam edir, paytaxt Tokioda isə sakinlərin sayı artır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari il yanvarın 1-nə olan son məlumata görə, Yaponiyada əhalinin ümumi sayı 125,2 milyon nəfər təşkil edib. Bu rəqəm 2009-cu ildə qeydə alınan maksimum artımdan sonra enməkdə davam edir. Ötən illə müqayisədə ölkə əhalisinin sayı 374 min nəfər azalıb ki, bu da 1968-ci ildə başlanan siyahıya almadan sonra ən böyük rəqəmdir. Artıq 4 ildir ki, həmin azalma maksimum sayda davam edir.

Ötən il doğuşların sayı da 1979-cu ildən bəri ən aşağı səviyyədə - 948 min nəfər qeydə alınıb.

Yaponiyanın 47 prefekturasından yalnız 6-da - Tokio, Saytama, Kanaqava, Çiba, paytaxt Kanto regionu, Okinava və Aiçidə artım qeydə alınıb.