Meteoroloqlar: 2018ci ilin iyunu havanın müşahidə tarixində ikinci ən isti ay olub


Digərləri 11 İyl 2018 23:31:00 320 0

Meteoroloqlar: 2018ci ilin iyunu havanın müşahidə tarixində ikinci ən isti ay olub

2018-ci ilin iyun ayı bir çox ölkələrdə görünməmiş dərəcədə isti keçib. Avropa orta müddətli hava proqnozları mərkəzinin məlumatına görə, iyun ayı hava və iqlimin sistemli müşahidəsi tarixində ikinci ən isti ay olub. Bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, meteoroloqlar 2018-ci ilin iyun ayında temperaturun Sibirin şimalında hədsiz isti, ABŞ-ın böyük hissəsində, Kanadanın və Şimali Afrikanın mərkəzində, habelə Yaxın Şərqdə və Çinin şimalında ortadan xeyli yüksək olduğunu bildiriblər.

ABŞ-da isti günlər iyulda da davam edir. Bu ayın əvvəlində Kaliforniya ştatının Çino şəhərində 48,9° isti, Burbank aeroportunda 45,6° isti qeydə alınıb. Ölüm Vadisi Milli Parkında iyulun 8-də temperatur 52° isti olub. Dünya Meteoroloji Təşkilatı bu yerdə 1913-cü il iyulun 10-da Yer kürəsində mütləq rekord temperaturun - 56,7° istinin qeydə alındığını xatırladıb.

Kvebekdə (Kanada) isti hava və rütubət onlarca insanın ölümünə səbəb olub.