Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI


Kriminal 11 İyl 2018 22:58:00 282 0

Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI

Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Cavid İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyulun 17-də davam edəcək.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun "Qanlı göl" yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olunmuş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə səbəbsiz mübahisə yaratmağa başlayıb. Tüfeyli həyat sürən Cavad İbrahimovun qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb.

Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Neçə dəfə də Nigar Niftəliyeva huşunu itirib.

Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb.