Yeddi ildir hər gün sahildə ağlayır


Digərləri 11 İyl 2018 22:50:00 307 0

Yeddi ildir hər gün sahildə ağlayır

İtaliyanın paytaxtı Romanın yaxınlığında yerləşən Qaeta şəhərində çəkilən bir foto sosial mediada gündəm olub.

Son.az xəbər verir ki, hər səhər həyat yoldaşının fotosu ilə birgə dəniz kənarına gələn naməlum qoca bölgədəki insanların diqqətini çəkib.

Məlum olub ki, qocanın həyat yoldaşı və 3 uşağının anası 7 il öncə xəstəlik üzündən vəfat edib. Qoca da onun vəfatından sonra çərçivəyə saldığı fotosu ilə birgə hər gün sahilə gəlir. Ətrafdakı insanların bildirdiyinə görə, qoca hər gün sahildə ağlayır, danışır və sonra evinə gedir.