Türkiyə HHQ 17 terrorçunu məhv edib
Dünya 11 İyl 2018 22:34:00 232 0
Türkiyə Hərbi Hava Qüvvələri 3 əyalətdə PKK terrorçularına qarşı hava əməliyyatları keçirib.
Trend-in Türkiyə SQ-nin baş qərargahının bəyanatına istinadən verdiyi məlumata görə, hava əməliyyatları nəticəsində 17 PKK terrorçusu məhv edilib.
Bəyanatda deyilir: "Osmaniye, Şırnak və Diyarbakır əyalətlərində PKK terrorçularına qarşı hava əməliyyatları keçirilib. Hava əməliyyatları zamanı 17 terrorçu məhv edilib".
Mənbə: milli.az