Dünya Çempionatında BİABIRÇILIQ: Ermənilər BBCnin şərhçisini soydu


Dünya 11 İyl 2018 22:22:00 246 0

Dünya Çempionatında BİABIRÇILIQ: Ermənilər BBCnin şərhçisini soydu

Dünya Çempionatına görə Rusiyaya gedən İngiltərə vətəndaşı, eyni zamanda, BBC telekanalının şərhçisi qarət olunub.

Son.az xəbər verir ki, hadisənin iki erməni taksi sürücüsü tərəfindən qarət edildiyi məlum olub.

Britaniya vətəndaşı ifadəsində bildirib ki, taksiyə əyləşərkən sürücü ona qəhvə təklif edib. O isə qəhvəni içdikdən sonra huşunu itirib. Özünə gəldikdən sonra bank kartının, mobil telefonunun oğurlandığını görüb. Araşdırma zamanı məlum olub ki, onun bank kartından müəyyən məbləğdə pul çıxarılıb.