Azərbaycanlı aparıcı: "Arzumun ən böyüyü..." FOTO


Şou-biznes 11 İyl 2018 21:59:00 320 0

Azərbaycanlı aparıcı: "Arzumun ən böyüyü..."  FOTO

Azər Süleymanlı: "Bir canlı üçün hava, su, torpaq nə qədər mütləqdirsə, aparıcı üçün də onun səlis nitqi, yüksək danışıq qabiliyyəti o qədər vacibdir" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Bu gün efirə çıxmaq, tamaşaçı ilə ünsiyyət qurmaq adi bir haldır. Amma bəzən efirdə aparıcıların nitq qüsurlarının olduğunu və dəvət edilmiş qonaqlarla ünsiyyət qurmaqda problemlər yaşadığını müşahidə edirik. Bu kimi hallar, təbii ki, tamaşaçını efirdən uzaq salır. Və bəzən qurunun oduna yaşı da yandırır. 

Biz də bu və digər məsələləri nəzərə alıb, 5 ildir ki, İctimai Televiziyanın səhərini açan, "Yeni gün" verilişinin aparıcısı Azər Süleymanlı ilə görüşdük. Onunla gündəmin əsas mövzularına toxunduq. Səlis nitqi və danışıq tərzi ilə seçilən müsahibimizi son illərin "Eurovision" mahnı yarışmasının şərhçisi kimi də tanıyırıq.   - Azər bəy, səhər verilişi ilə tamaşaçıların qarşısına çıxmağın məsuliyyəti böyükdürmü?

- Əvvəla ondan başlayım ki, səhər - günün müqəddəratının daha çox həll olunduğu vaxtdır. Günə necə, hansı şəkildə başlamağımız çox vaxt onu nə cür tamamlayacağımızın mənzərəsini özündə əks etdirir. O ki qaldı səhər verilişinə... Hamımız bilirik ki, erkəndən oyanmaq sağlamlıq, gümrahlıq baxımından faydalı olsa da, çox çətindir. Düzgün, rejimli bir həyat tərzi yaşamalısan ki, vaxtında yatıb vaxtında oyana biləsən. Hər şey təbii ki, bununla bitmir. Kimilərinin hələ şirin yuxuda olduğu, kimilərinin də əziyyətlə günə köklənməyə çalışdığı bir vaxtda, sən artıq saçın, paltarın tam yerli-yerində, üzün gülər, dilin iti, beynin işlək şəkildə milyonların qarşısında dayanmalısan. Nəzərə alaq ki, efirimizdə fərqli xarakterli süjetlər, rubrikalar ilə yanaşı, 5-6 mövzu ətrafında ən müxtəlif sahələrdən qonaqlarımız olur və biz onlarla dialoqlar qururuq. Hər sahənin nümayəndəsinə, mütəxəssisinə mövzuya dair məntiqli, ifadəli, gərəkli sual vermək üçün müsahiblərimizin sahib olduqları biliklərin ən az yarısı qədər məsələdən hali olmaq lazımdır. Beləcə, bütün bunların yaşandığı 3 saatlıq səhər proqramını aparıcı kimi icra etmək üçün 3 saat deyil, bəzən 6-7 saat oxumaq, mövzulara hazırlaşmaq gərək olur. İndi mən bütün bunları nə qədər məsuliyyətlə yerinə yetirirəm, nə dərəcədə işimi, izləyicimi sevirəm, gəlin bu barədə çox danışmayım. Sizin ədalətli oxucunuz, bizim dürüst tamaşaçımız onsuz da bunu bilir. Sadəcə, bir onu deyə bilərəm ki, yaxınlarım, qohumlarım yaxşı bilir ki, əksər hallarda efir günüm öncəsi gec saatlaradək nə bir məclisdə iştirak edərik, nə qonaq gedərik, nə də qonaq qəbul edərik (gülür).

- Oxucular elə zənn edər ki, qonaq qəbul etməyi sevmirsiniz.

- Nə qədər qonaqsevər olduğumu da o insanlar yaxşı bilir (gülür). Sadəcə, efirdə minlərlə insanın evinə "qonaq gedirəmsə", nə qədər insanı verilişdə qonaq qəbul edirəmsə, bəlli saatlarda və vaxtlarda o insanların görüşünə yaxşı çıxmaq üçün bunu etməyə məcburam. Diqqətlə düşünsək görərik ki, bütün bunlar elə qonağı çox sevdiyim və qonağa böyük hörmət etdiyim üçündür. 

- Bu gün aktual məsələlərdən olan aparıcı nitqi ilə bağlı danışmaq istərdim. Ümumiyyətlə, aparıcı üçün onun nitqi, danışıq qabiliyyəti nə dərəcədə önəmlidir?

- Bir canlı üçün hava, su, torpaq nə qədər mütləqdirsə və önəmlidirsə, aparıcı üçün də onun səlis nitqi, yüksək danışıq qabiliyyəti o qədər vacibdir! Efirə çıxmaq fürsətinə sahib olmaq, bəlli bir vaxt ərzində hər hansı verilişi "aparmaq", hələ aparıcı olmaq deyil. Bir müdrikin gözəl fikri var, deyir ki: "Bəzi qadınlar nədənsə elə fikirləşir ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Antalogiyanı təkrarlasaq, belə çıxır ki, pianoya sahib olmaqla, pianoçu olmaq eyni şeydir".

- Verilişlərinizdə bayağı ifaçıları görmürük. Bu nədən qaynaqlanır?


Xəbərə aid fotolar