Yeni kişi nəsli Metroseksual FOTO


Digərləri 11 İyl 2018 21:10:00 394 0

Yeni kişi nəsli  Metroseksual  FOTO

Bu sirli termini ilk dəfə 6 il əvvəl britaniyalı jurnalist Mark Simpson icad edib...

"Əgər sən, paytaxtda yaşayırsansa və sənin alt paltarın "Dolce-Gabbana" markasındandırsa, şəhərin ən yaxşı salonlarını və ustalarını tanıyırsansa, vanna otağında üz üçün losyon, krem və saç jelesinin əlindən yer yoxdursa, cibində dırnaq üçün ləvazimatlar gəzdirib, kişilər üçün dəb və kosmetologiya yeniliklərini izləyirsənsə, deməli, sən əsl metroseksualsan".

Son.az axşam.az-a istinadən bildirir ki, bu terminə son günlər tez-tez rast gəlirik. Bəs görəsən, metroseksual olmaq nədir?

Bir çoxları bu termini özlərinə yaraşdırmırlar. Bəlkə də, ifadənin əsl mənasını bilmirlər. Amma baxsaq görərik ki, hətta ən böyük əzələyə sahib olan oğlanlarda belə metroseksuallıq var. 

Bunun nəyi pisdi?

Əksinə... Sənin bədənin qamətli, baxımlı, xoş ətirli, dırnaqların təmiz, aksesuarların göz oxşayır. Əyləncəli məclislərin və klubların arzulanan simasısan. Sənin də öz pərəstişkarların var. 

Metroseksualları biseksual və ya homoseksuallarla səhv salmayın. Biseksuallıq (homoseksuallıq)- eyni zamanda həm qızlara, həm də kişilərə aid olan termin və həyat tərzidir. Bu, təkcə cinsi münasibətlərin deyil, həm də emosional, romantik və erotik hisslərin dəyişməsidir.

Uberseksual...

Bu, metroseksualın daha kişisayağı formasıdır. O, baxımlıdır, amma sırğa və boyunbağıdan qaçır. Dar şalvarlar və ipək köynəklər geyinmir. Alt paltarının rəngi və markası da onu maraqlandırmır. Güclüdür, qəti qərarlıdır, "qadın ovçusudur", ətri bir kilometrdən sezilir. Bəlkə də ideal kişidir?


Xəbərə aid fotolar