Aybəniz Haşımova Gəncədəki hadisələrdən danışdı:


Şou-biznes 11 İyl 2018 18:12:00 658 0

Aybəniz Haşımova Gəncədəki hadisələrdən danışdı:

"Gəncəli olaraq, hadisələr zamanı çəkilən videoları göz yaşı içərisində izlədim. Heç istəməzdim ki, millətim o vəziyyətə düşsün. Bir anlıq ölmək istədim. Kaş, dünən yaşananları görməzdim".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova deyib.

O, bildirib ki, Gəncədə baş verən iğtişaşa üzülür: "Mən Gəncədə böyümüşəm, o torpaqların ən gözəl dövrünün uşağıyam. Bütün uşaqlığım  gözümün önünə gəldi. Dünən Gəncədə ağlıma gəlməyən hadisələri gördüm. Bu, məni çox ağrıtdı. Burada ən böyük bəla "Dədə Qorqud"da Qazan xanın dediyi kimi, öz qılıncımız öz başımızı kəsdi. Bu, məni çox yandırdı".