Napoli-nin prezidenti Jorinyonun gedəcəyini təsdiqlədi


İdman 11 İyl 2018 18:20:00 267 0

Napoli-nin prezidenti Jorinyonun gedəcəyini təsdiqlədi

“Sarri Chelsea-nin “sükanı arxası”na keçmək üzrədir. Hər şey onun özündən asılıdır. Mən öz razılığımı vermişəm. O ki qaldı Jorjinyoya, biz təklifləri nəzərdən keçirdik. Manchester City-dən üzr istəyirəm. Onlarla iki həftə əvvəl anlaşmışdıq. Lakin futbolçu Londonda yaşamağı üstün tutdu. Chelsea də bu keçid üçün bizə yüksək məbləğdə pul təklif edib. Həm Jorjinyo, həm də Sarri Chelsea-də çalışacaq”. Jorjinyonun transferinin Napoli-yə 65 milyon avro qazandıracağı bildirilir.

Napoli-nin yarımmüdafiəçisi Jorjinyo və komandanın sabiq baş məşqçisi Maurizio Sarri Chelsea ilə müqavilə imzalamağa yaxındır. Goal.az xəbər verir ki, bunu Neapol klubunun prezidenti Aurelio De Laurentis deyib.