Aİ və Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsi üçün elektron ticarəti inkişaf etdirmək lazımdır


Siyasət 11 İyl 2018 17:32:00 321 0

Aİ və Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsi üçün elektron ticarəti inkişaf etdirmək lazımdır

"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsi üçün elektron ticarəti inkişaf etdirmək lazımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri" adlı konfrans zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycanda elektron ticarətin inkişafı üçün imkanların müəyyən olunmasına həsr olunub:

"Ötən il Aİ bu sahədə 300 min avro dəyərində layihənin reallaşdırılmasına başlayıb. Bu layihənin bu il başa çatacağı gözlənilir. Məqsəd bu sahədə Aİ təcrübəsinin tətbiqinin təmin olunmasıdır. Biz Azərbaycanla Aİ arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından bu sahədə böyük potensial görürük".

K.Yankauskas əlavə edib ki, Azərbaycan Avropanın vacib tərəfdaşıdır.