Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub


Sosial 11 İyl 2018 17:07:04 426 0

Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, tərəfindən törədildikdə) maddəsinə tövsif edilib.

Hökmə əsasən, H.Ağayev 9 il və E.Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb.

Belə ki, həmin məknd Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Cəbrayıl rayon sakini 24 yaşlı H.Ağayev və Ağdaş rayon sakini 23 yaşlı E.Əliyev həmin şəxsi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırldaq ki, təqsirləndirilən E.Əliyev dostları arasında "Malış" ləqəbi ilə tanınır.