Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yaydı


Digərləri 11 İyl 2018 17:04:00 262 0

Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yaydı

Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Bakı. İlhamə İsabalayeva - Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bəyanatda qeyd edilir: "Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və Haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini cidd-cəhdlə çalışırlar. Bu cinayət əməllərində Allahın yaratdığı insanın qətlə yetirilmə bütün bəşəriyyətə qarşı ağır cinayət kimi dəyərləndirən müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir. Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.