"Sınaqlardan qətiyyətlə çıxmış xalqiqtidar birliyini sarsıtmaq mümkün deyil"


Digərləri 11 İyl 2018 16:39:00 288 0

"Sınaqlardan qətiyyətlə çıxmış xalqiqtidar birliyini sarsıtmaq mümkün deyil"

"Anti-Azərbaycan qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir. Biz bunu haqqında təəssüflə danışdığımız Gəncə hadisələri zamanı da gördük".

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Gəncədəki təxribat xarakterli hadisələrin nəticəsində həm radikal müxalifət, həm radikal dindarlar, həm də onların havadarları bir daha Azərbaycan xalqının iqtidarına olan etimadını, dəstəyini, eyni zamanda, ölkənin ictimai sabitliyini, insanların təhlükəsizliyini təmin edən polisimizin şücaətini, qətiyyətini gördü:

"Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Elə Gəncə əhalisi də 1993-cü ildə anti-milli ünsürlərin fəaliyyəti nəticəsində küçə döyüşlərinin, silahlı hücumların, vətəndaş müharibəsinin şahid olublar. Lakin xüsusi məqam kimi qeyd edilməlidir ki, Azərbaycan xalqı hər zaman anti-Azərbaycan qüvvələrin təxribatlarına getməyib, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub".

Millət vəkili əlavə edib ki, Gəncədə də təxribat törətməyə çalışan bir qrup anti-milli ünsürə insanların dəstək verməməsi, onları etdikləri hərəkətlərə görə qınaması isbatladı ki, gəncəlilər Heydər Əliyev siyasətinə sadiqdirlər, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər: