Dünyanın 250-yə yaxın alimi Bakıda beynəlxalq konfransa qatılıb (FOTO)


Digərləri 11 İyl 2018 16:12:00 294 0

Dünyanın 250-yə yaxın alimi Bakıda beynəlxalq konfransa qatılıb (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-2018) keçirilir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-2018) keçirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfə təşkil olunur. Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. İştirakçılar arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Braziliya, Meksika, Ukrayna, Serbiya, Fransa, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Pakistan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin görkəmli alimləri var. Salamlama nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından söz açıb: "Bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır. Qeyd etmək istəyirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalı təsir əmsalına görə dünyanın 252 nəşri içərisində 19-cu yerdə qərarlaşıb. Jurnalın redaksiya heyətinin üzvləri də buradadır. Onları da salamlayıram və düşünürəm ki, bundan sonra da elmin inkişafına xidmət edən bu jurnalın reytinqinin artması istiqamətində çalışacaqlar. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil əlaqələrinin genişləndirilməsi, xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub”. R.Quluzadə nazirliyin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib: