İndiyə qədər ARDNF-ə daxil olmuş vəsaitin 73%-i xərclənib


İqtisadiyyat 11 İyl 2018 15:12:30 387 0

İndiyə qədər ARDNF-ə daxil olmuş vəsaitin 73%-i xərclənib

Bu, 104 mlrd. dollar deməkdir

2001-ci ildən bəri Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 142,1 mlrd. ABŞ dolları məbləğində vəsaitdaxil olub.

"Report" xəbər verir ki, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin vəsaitin 73%-i və yaxud 104,28 mlrd. dolları xərclənib: "2001-2018-ci illərdə ARDNF-ədaxil olmuş vəsaitin 27%-ni və yaxud 37,8 mlrd. dollarını yığım təşkil edib".