II Avropa Oyunları üçün bilet satışının başlanacağı tarix açıqlanıb


Digərləri 11 İyl 2018 15:20:41 170 0

II Avropa Oyunları üçün bilet satışının başlanacağı tarix açıqlanıb

Azərbaycan vətəndaşları üçün biletlər gələn il martın 1-dən satışda olacaq

“Minsk 2019” II Avropa Oyunlarına bilet satışına bu il dekabrın 1-də start verilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Oyunların marketinq üzrə meneceri Maksim Koşkalda Belarusun paytaxtı Minskdə iştirakçı ölkələrin nümayəndələrinin qatıldığı seminarda bildirib. Onun sözlərinə görə,Belarus sakinləri biletləri 2019-cu ilfevralın 28-dəkrəsmi sayt vasitəsi ilə əldə edə bilərlər. Digər ölkələrin vətəndaşları üçünisə biletlər gələn ilmartın 1-dən satışda olacaq. Həmçinin oyunların startı ərəfəsində biletləri Belarusun müxtəlif şəhərlərində fəaliyyət göstərəcək kassalardan götürmək mümkündür.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 – 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.