Millət vəkili: "Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir"


Digərləri 11 İyl 2018 14:14:25 336 0

Millət vəkili: "Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir"

Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir.

Son.az xəbər verir ki, bunu Trend-ə deputat Musa Quliyev deyib.

Millət vəkili qeyd edib ki, dini radikal qrupların müxtəlif mənbələrdən maliyyələşməsi və istiqamətləşməsi nəticəsində Gəncədə iğtişaş törətmək respublikada əmin-amanlığı, asayişi pozmaq, xof yaratmaq məqsədi güdür:

"Lakin o insanlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar. Artıq Gəncədə asayiş bərpa olunub. Hüquq-mühafizə orqanları günahkar şəxslərin istintaqını aparır. Onlara dəstək verən, hər hansı şəkildə sosial şəbəkələrdə, saytlarda onların tərəfində duran şəxslərin araşdırılması və daşıdığı cinayətə uyğun məsuliyyətə cəlb olunması işi gedir. Sevindirici haldır ki, bütün Gəncə əhalisi bu terror, iğtişaş aktını pisləyir, lənətləyir. O qüvvələrə Gəncədə heç bir dəstək yoxdur".

M.Quliyev vurğulayıb ki, son bir həftədə bütün Azərbaycan əhalisi öz dəstəyini, dövlətin, cənab Prezidentin yanında olduğunu göstərdi: "Bu terroru törədən və onlara dəstək verən insanlar da bilməlidir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli Prezidenti var, Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycanda heç vaxt sabitliyi, asayişi pozmaq olmaz. Azərbaycan öz yolu ilə irəliləyəcək".