Dələduzluq və qanunsuz silah-sursat saxlamaqda təqsirləndirilən sayt rəhbərinə hökm oxundu


Digərləri 11 İyl 2018 14:10:00 267 0

Dələduzluq və qanunsuz silah-sursat saxlamaqda təqsirləndirilən sayt rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Vaqifoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Vaqifoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur Vaqifoğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Elnur Vaqifoğlu qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib və aldadıb. Elnur Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.