Gömrükçülər qanunsuz mobil telefonlar və aksesuarları aşkar edib (FOTO)


Digərləri 11 İyl 2018 14:15:00 273 0

Gömrükçülər qanunsuz mobil telefonlar və aksesuarları aşkar edib (FOTO)

Gömrükçülər qanunsuz mobil telefonlar və aksesuarları aşkar edib

Bakı. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW-525" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd "X-Bo" və 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar və aksessuarlar aşkar edilib.