Dəmir yolunda ölkə başçısının qarşıya qoyduğu vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib (FOTO)


Digərləri 11 İyl 2018 14:19:00 246 0

Dəmir yolunda ölkə başçısının qarşıya qoyduğu vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib (FOTO)

Dəmir yolunda ölkə başçısının qarşıya qoyduğu vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib

Bakı. İyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda ölkə iqtisadiyyatının inkişaf istiqamətlərindən geniş söz açan dövlət başçısı dəmir yolu nəqliyyatının fəaliyyətindən və bu sahədə icra olunan layihələrdən danışaraq müvafiq tapşırıqlar verib. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars və Şərq-Qərb dəhlizlərinin işə salınmasından, Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsinin icra edilməsindən, eləcə də Bakı-Astara yolunun modernləşməsi işlərinə gələn ildən etibarən start veriləcəyindən söz açıb. Bakı-Qəbələ və şəhərətrafı dəmir yolunun tikintisi layihəsi də uğurla icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Həmçinin Bakı-Gəncə sürət qatarının xəttə buraxılmasının ilin sonuna qədər nəzərdə tutulmasını ölkə başçısı diqqətə çatdırıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində keçirilən geniş kollegiya iclası da məhz bu tapşırıqların icrasına həsr olunub.