Tarix İnstitutu akademik Akif Əlizadəyə “Gənclərin dostu” mükafatını təqdim etdi


Digərləri 11 İyl 2018 13:59:26 297 0

Tarix İnstitutu akademik Akif Əlizadəyə “Gənclərin dostu” mükafatını təqdim etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatına layiq görülüb.

Bakı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatına layiq görülüb. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, Akif Əlizadəyə bu mükafatı institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa AMEA-nın magistrlərinin “Məzun günü” tədbirində təqdim edib. İnstitutun Elmi Şurasının qərarı ilə təsis edilən mükafat görkəmli alimlərə gənclərin alim kimi yetişməsində rolu və xidmətləri nəzərə alınaraq verilir.