Belarusun idman və turizm naziri Azərbaycandan olan mütəxəssislərə təşəkkür edib


Digərləri 11 İyl 2018 13:39:05 181 0

Belarusun idman və turizm naziri Azərbaycandan olan mütəxəssislərə təşəkkür edib

Minskdə II Avropa Oyunlarına hazırılıqla əlaqədar şef-de-missionlar üçün seminar keçirilir

Belarusda “Minsk 2019” II Avropa Oyunlarına hazırılıqla əlaqədar iştirakçı ölkələrin şef-de-missionları üçün seminar keçirilir.

Bu barədə “Report”a “Minsk 2019” II Avropa Oyunları Əməliyyat Komitəsinin (MEGOC) Əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov məlumat verib. O, bildirib ki, Minskdəki Belarus Olimpiya Komitəsinin mənzil-qərargahında təşkil olunantədbirdə Azərbaycanı Həsənağa Rzayev təmsil edir. İyulun 13-dək davam edəcək ilk seminara 44 ölkənin nümayəndələri qatılıblar.

S.Məmmədovun sözlərinə görə,Belarusun idman və turizm naziri Sergey Kovalçuk tədbirdə çıxışı zamanı Azərbaycana və Azərbaycandan gələn mütəxəssislərə yüksək səviyyədə köməklik göstərdikləri və işlərinin öhdəsindən yaxşı gəldikləri üçün təşəkkür edib. Həmçinin, seminara qatılan “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq Avropa Oyunlarının Azərbaycanın sayəsində daha böyük irəliləyişə nail olduğunuvurğulayıb.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 – 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdəki 12 idman obyektindəkeçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.