Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var


Sosial 11 İyl 2018 13:32:23 250 0

Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Sumqayıtda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Novxanı bağları istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə sərnişin avtobusu toqquşub. Nəticədə üç nəfər Sumqayıt şəhər sakinləri - 1949-cu il təvəllüdlü Nəbiyeva Zibəxanım Ağalı qızı, 1944-cü il təvəllüdlü Zahirova Məsumə Ağali qızı və 1966-ci il təvəllüdlü Əliyava İlahə Zair qızı ağır xəsarət alıblar.

Yaralılar Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Onlardan Z.Nəbiyevanınvəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.