Əflatun Amaşov: "Azərbaycan mətbuatı Gəncə hadisələrinə kifayət qədər peşəkarlıqla yanaşmalıdır"


Digərləri 11 İyl 2018 13:21:00 284 0

Əflatun Amaşov: "Azərbaycan mətbuatı Gəncə hadisələrinə kifayət qədər peşəkarlıqla yanaşmalıdır"

"İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birmənalı şəkildə pislənməli və qısa zaman ərzində hadisənin üstü açılmalıdır:

"Gəncədəki hadisədə günahı olan şəxslər hüquqi baxımdan cəzalarını almalıdır. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Əgər bu, belə olmasa, xəyanətkarların sayı çox olacaq və Azərbaycanın müstəqilliyi ilə barışmayan xarici qüvvələr bundan istifadəyə cəhd edəcəklər".