Gəncədə qanunsuz aksiyanın qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilir (FOTO)


Digərləri 11 İyl 2018 13:21:00 249 0

Gəncədə qanunsuz aksiyanın qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilir (FOTO)

Gəncədə qanunsuz aksiyanın qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilir.

Bakı. Gəncədə ötən gün qanunsuz aksiyanın qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilir. Trend-in məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, Daxili İşlər Nazirliyinin digər yüksək vəzifəli şəxsləri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Şəhid polislər Gəncədə Şəhidlər xiyabanında dəfn olunacaq.